Wizards London Premium
Wizards London Premium kişi geyimləri üzrə fəaliyyət göstərən və İngiltərə mənşəli brend kimi təqdim olunan mağazalar şəbəkəsidir. Məhsulların istehsalı Türkiyədə həyata keçirilir və Azərbaycanda NR MMC tərəfindən təqdim olunur.
Brend əsasən klassik və gündəlik kişi geyimlərinin satışı ilə məşğuldur. Məhsul çeşidinə kostyumlar, köynəklər, şalvarlar, üst geyimləri, həmçinin gündəlik t-shirtlər, polo köynəklər, jeans şalvarlar, rahat üst geyimlər ve sport dəstlər daxildir.
Wizards London Premium məhsulları Azərbaycanda rəsmi olaraq 2023-cü ildən etibarən satışa çıxarılmışdır. Şirkət əsasən Bakı şəhərində fəaliyyət göstərir və paytaxtın bir neçə müxtəlif ərazisində mağazaları mövcuddur. Mağaza şəbəkəsi yerli bazarda kişi geyimlərinə olan təlabatın qarşılanmasına yönəlmişdir.